Hansı Chek-up müayinədən keçməliyəm

Hansı Chek-up müayinədən keçməliyəm

Stres analizi

• Normal (7-8 saat) yuxudan sonra da özünüzü həddindən artıq yorğun hiss edirsinizmi?
• Gün ərzində özünüzü halsız, yuxulu, günortadan sonra isə enerjisiz hiss edirsinizmi?
• Sizcə yaşınız artdıqca daha narahat və əsəbi insana çevrilirsiniz?
• Qarın nahiyəsində piylənmə görüntüsü varmı?
• Tez-tez soyuqdəymə halları və xəstəliklərə yoluxmaqdan şikayətçisinizmi?
• Yüksək və ya aşağı təzyiq probleminiz varmı?
• Dilinizin ucunda qırmızımtıl rəng və ya ortasında çat izləri varmı?
• Duzlu yeməyə meyllisinizmi?
• Günə davam edə bilmək üçün tez-tez kafein, spirtli içki və ya nikotindən istifadə edirsinizmi?

Qan şəkərinizin tarazlığını dəyərləndirin

• Səhərlər oyanmaq və yola çıxmaq sizə çətin gəlirmi?
• Tez-tez yemək yeməsəniz titrəmə, başgicəllənməsi və əsəbilik hiss edirsinizmi?
• Həddindən artıq susamaqdan şikayətiniz varmı?
• Gün ərzində özünüzdə enerji azlığı hiss edirsinizmi?
• Gecə və ya səhər erkən saatlarda tez-tez oyanırsınızmı?
• Özünüzü enerjili hiss etmək üçün çay, qəhvə, sərinləşdirici içkilər və şəkərli qidalara ehtiyac duyursunuzmu?
• Tez-tez sidiyə çıxırsınızmı?
• Ürəyiniz tez-tez şəkər və ya şirin şeylər istəyirmi?
• Xüsusilə qalça və qarın ətrafı nahiyənizdə artıq çəki probleminiz varmı?
• İdman zamanı özünüzü bitkin, yaxud həvəssiz hiss edirsinizmi?

Detoks ehtiyacınızı dəyərləndirin

• Tez-tez tutan baş ağrısından şikayətiniz varmı?
• Dəriniz çox yağlanır?
• Akne, qaşıntı, dəri səpkiləri və ya ekzema kimi problemləriniz varmı?
• Həzm çətinliyi, gəyirmə, pis qoxulu qazçıxarma və bədən qoxuları problemləri yaşayırsınızmi?
• Dilinizdə bozumtul-ağ və ya sarı ərp, şişkinlik varmı?
• Funksional bağırsaq pozğunluğu, qəbizlik, ishal, öd daşı, aybaşıdan öncə gərginlik və ya şişkinlikdən şikayətçisinizmi?
• Hər hansı bir allergiya və ya qida həssaslığınız, boğaz ya da burun ifrazatınız varmı?
• Ağzınızda acılıq və ya xüsusilə səhərlər qeyriadi dad hissi olurmu?
• Tez-tez spirtli, qazlı içkilər, kola, qəhvə, siqaret və ya dərmandan istifadə edirsinizmi?
• Qida rasionunuz şəkər, rafinə olunmuş karbohidrat və emal qidalar baxımından zəngindirmi?
• Əksərən saat 23:00-dan sonra daha gecmi yatırsınız?

Həzm problemlərinizi qiymətləndirin

• Tez-tez köp və ya qaz əmələ gəlməsindən şikayətçisinizmi?
• İshal, qəbizlik və ya funksional bağırsaq pozğunluğunun əlamətləri, yaxud nizamsız bağırsaq hərəkətləri probleminiz varmı?
• (Əksər hallarda gündə bir və ya iki dəfə bayıra çıxmaq normal hesab edilir).
• Həzmin çətinləşməsi və ya sinədə yanğı hissinə səbəb olan reflüks şikayətiniz varmı?
• Dilinizin üzərində sarı, bozumtul-ağ görüntü, orta xətdə cizgilər, ətrafında və kənarlarında isə dişlərlə əlaqəli çatlar varmı?
• Ağız qoxusundan şikayətçisinizmi?
• Yemək yedikdən sonra uzun müddət mədənizdə ağırlıq hiss edirsinizmi?
• Nəcisinizdə aşağıdakı əlamətlərdən hər hansı biri müşahidə olunurmu?
• Kəskin qoxulu, yağlı görünüş
• Qoyun qığna bənzər, daş və ya çınqıl görünüşlü olması
• Tualetdə çox iz buraxan, yapışqan, incə və xətli görünüş
• Əksər hallarda təbii un əvəzinə daha çox ağ zərif karbohidratlardanmı istifadə edirsiniz?
• Meyvə və tərəvəzlər günlük rasionunuzda 5 porsiyadan azdırmı?
• Son zamanlar antibiotik və ya hər hansı bir dərman qəbul etmisinizmi?

Ürək-damar sisteminizi dəyərləndirin

• Tez-tez spirtli, kafeinli içkilər içir və siqaret çəkirsinizmi?
• Rasionunuzda daim şəkər və rafinə olunmuş karbohidrat (ağ çörək, şirniyyat və s.) yer alırmı?
• Yeməklərinizə hər zaman duz əlavə edirsinizmi?
• Hazır və ya konservləşdirilmiş qidalardan tez-tez istifadə edirsinizmi?
• Rasionunuzda doymuş (qatı) yağ, yağlılığı yüksək süd məhsulları, işlənmiş qidalar və yağlı ət məhsulları üstünlük təşkil edirmi?
• Həyat tərzinizdə çox az idman, həddindən artıq hərəkətsizlik varmı?
• Yüngül idman hərəkətində belə nəfəs darlığı hiss edirsinizmi?
• Stress və ya qorxudan şikayətçisinizmi?
• Əvvəllər sizdə təzyiqin, xolesterol səviyyəsinin, triqliseridlərin, homosisteinin yüksəkliyi və ya ateroskleroz kimi ürək-damar xəstəliyinin riskləri aşkar edilmişdirmi?
• Əl və ayaqlarınızın soyuması, qıcolmalar, göyərmə və ya varikoz kimi damar problemləriniz varmı?
• Həddindən artıq çəki, yaxud bel ətrafında piylənmə probleminiz varmı?

Qida həssaslığınızı dəyərləndirin

• Çəmən poleni, toz, tük və ya müəyyən bir qidaya qarşı allergiyanız varmı?
• Tez-tez köp və ya qaz problemi yaşayırsınızmı?
• Qəbizlik, yaxud ishal kimi həzm problemləriniz varmı?
• Müəyyən qidaların qəbulundan sonra yuxululuq hiss edirsinizmi?
• Baş ağrısı, miqren, oynaq ağrıları və ya əl-ayaq barmaqlarınızda şişkinlikdən şikayətçisinizmi?
• Ürəyinizin çox istədiyi və ya davamlı yeməsəm olmaz dediyiniz hər hansı bir yemək varmı?
• Yeməkdən sonra ürək döyüntü, dil və ya ağızda xora, yaxud uçuğun yaranması halı ilə qarşılaşmısınızmı?
• Gözlərinizin altında bənövşəyi həlqələr olurmu?
• Qaşıntı və ya ekzema kimi dəri problemləriniz varmı?
• Hiperaktivlik (həddindən artıq hərəkətlilik) və ya depressiyadan şikayətçisinizmi?

İmmun sisteminizi dəyərləndirin

• Tez-tez soyuqlayır və xəstəliklərə yoluxursunuzmu?
• Sizdə soyuqdəymə və qrip kimi xəstəliklərin sağalması uzun çəkirmi?
• Dırnaqlarınızda ağ ləkələr, yaxud dırnaq dibi ətlərdə qızartı, çatlama varmı?
• Qoltuqaltı, qasıq və qulaqyanı limfa vəzilərində şişkinlikdən şikayətçisinizmi?
• Allergiya və ya həssaslıqdan, dəridə səpkilərdən, dəmrov kimi göbələk infeksiyalarından şikayətçisinizmi?
• Yüksək hərarətlə müşayiət olunan səpkiləriniz olubmu?
• Tez-tez çiban və ya itdirsəyi şikayətiniz olurmu?
• Bədəninizin hər hansı bir nahiyəsində iltihab müşahidə etmisinizmi?
• Meyvə və tərəvəzlər günlük rasionunuzda 5 porsiyadan azdırmı?
• Şəkər və rafinə olunmuş karbohidratları (ağ çörək və s.) davamlı yeyirsiniz?
• Tez-tez anitiobtik qəbul edirsinizmi?
• Əvvəllər antibiotik və ya immun stimulyator dərmanlar qəbul etmisinizmi?

Qalxanabənzər vəzinizin fəaliyyəti zəifləyib? Dəyərləndirin

• Soyuq havada başqaları ilə müqayisədə siz daha çox üşüyürsünüz?
• Qəbizlikdən şikayətiniz varmı?
• Dəriniz qurumağa meyllidir?
• Saçlarınızda nazikləşmə, zəifləmə və qaşlarınızın kənarlarında seyrəlmə müşahidə olunur?
• Nəbziniz dəqiqədə 60 dəfədən az vurur?
• Oyandıqdan bir müddət sonra yorğunluq hiss edirsinizmi?
• Asanlıqla çəki alma və çətin çəki vermə probleminiz varmı?
• Zehni halsızlıq hiss edirsinizmi?
• İştahınız zəifdirmi?
• Bədəninizdə keyləşmə hiss edirsinizmi?

Qalxanabənzər vəzinizin fəaliyyəti güclənib? Dəyərləndirin

• Yuxusuzluq və narahatlıqdan şikayətçisinizmi?
• Çəkinizi artırmaq üçün çətinlik çəkirsinizmi?
• Hiperaktivlik, yəni həddindən artıq hərəkətlilik şikayətiniz var?
• Ani və ya şiddətli emosional reaksiya verirsinizmi?
• İştahanıza hakim ola bilirsinizmi?
• Əsmə və ya ürək döyüntünüz olurmu?
• Fiziki hərəkət və ya idman etmədiyiniz halda çox tərləyir və son dərəcə susuzluq hiss edirsinizmi?

Zehni və ruhi vəziyyətinizi dəyərləndirin

• Tez-tez, səbəbsiz yerə özünüzü yorğun və ya depressiv hiss edirsinizmi?
• Həyatda bir məqsədinizin olmadığı hissinə qapılırsınızmi?
• Qayğı və ya panikaya düşmə şikayətiniz varmı?
• Yuxu problemləriniz var mı?
• Tez-tez motivasiya çatışmazlığı hiss edirsinizmi?
• Ruh halınız çoxmu rəngarəngdir?
• Ailənizdə depressiya və ya ruhi sağlamlıq problemləri varmı, yaxud sizdə nə vaxtsa ruhi sağlamlıq problemi aşkar olunubmu?
• Dilinizin üzərində hər hansı bir kəsik, cizgilər və ya nöqtələr varmı?
• Stresli və ya narahat zamanlarda daha çox və ya daha az yemək xüsusiyyətiniz varmı?
• Özünüzü daha yaxşı hiss etmək üçün spirtli içki, kafein, nikotin, yaxud dərman və sairədən istifadə edirsinizmi?

Qadın hormonlarınızı dəyərləndirin

• Aybaşıdan əvvəl sinədə həssaslıq, bədəndə maye toplanması, yemək istəyi, əsəbilik, ruhi vəziyyətin pisləşməsi kimi əlamətlərdən şikayətçisinizmi?
• İstibasması, uşaqlıq yolunda quruluq, əsəbilik, həddindən artıq tərləmə, gecə tərləmələri kimi menopauza simptomlarından şikayətçisinizmi?
• Aybaşı dövrünüz nizamsız və ya həddindən artıq uzundurmu?
• Aybaşı zamanı üzdə sızanaq kimi problemləriniz olurmu?
• Cinsi impuls və ya cinsi maraq əskikliyi, yaxud hamilə qalma probleminiz varmı?
• Depressiya, yorğunluq və ya qorxudan şikayətçisinizmi?
• Sizə endometrioz, mioma, fibrokistik süd vəzi xəstəliyi və ya polikistik yumurtalıq sindromu kimi qadın hormonal disbalansı ilə əlaqəli hər hansı bir xəstəlik diaqnozu qoyulubmu?
• Üzdə tüklənmə və saç tökülməsi kimi probleminiz varmı?
• Osteoporozunuz varmı?
• Qalça və bud ətrafında həddindən artıq piylənmə müşahidə edirsinizmi?

Kişi hormonlarınızı dəyərləndirin

• Cinsi impuls və ya cinsi marağın azalmasından şikayətçisinizmi?
• İmpotensiya və buna bənzər problemləriniz varmı?
• Sidiyə çıxma ya da sidik miqdarının artması ilə əlaqədar problemləriniz varmı?
• Enerjinizin və aktivliyinizin azlığından şikayətçisinizmi?
• Əzələlərinizdə yumşalma və ya zəifləmə varmı?
• Əzələ əvəzinə yağların toplanmasına meyllik müşahidə edirsinizmi?
• Həftədə 21 qədəhdən çox spirtli içki qəbul edirsinizmi?
• Siqaret çəkirsinzimi?
• Tez-tez özünüzü gərgin və əsəbi hiss edirsinizmi?
• Özünüzü depressiv və istəksiz hiss edirsinizmi?
• Sperma hüceyrələrinin sayında və ya keyfiyyətində azalma probleminiz varmı?