INCI CLINIC, vizyon və missiyasına uyğun olaraq, keyfiyyətli insan resurslarının cəlb edilməsini təmin etməklə, əməkdaşların səmərəli və effektiv fəaliyyət göstərməsini və bu istiqamətdə uyğun iş mühitinin yaradılmasını hədəfləyir.
İnsan Resursları Siyasətimiz; ixtisaslaşdığımız bütün səhiyyə xidmətlərində qabaqcıl mövqeyimizi dəstəkləyən, əməkdaşına dəyər verən, iş sağlamlığına və təhlükəsizliyinə həssas yanaşan, əməkdaşlarının səriştəsindən və peşəkarlığından güc alan, xəstə yönümlü bir səhiyyə müəssisəsi olmağımızı təmin edəcək yanaşma və tətbiqləri əhatə edir.
Müəssisəmizin dəyərli bir üzvü olmaq üçün aşağıdakı müraciət formasını dolduraraq, sizə uyğun olan vəzifələrə müraciət edə bilərsiniz. Müraciətinizdən sonra namizəd bazamıza əlavə olunan tərcümeyi-halınız diqqətlə dəyərləndiriləcəkdir.
Karyera planlaşdırılmasında məqsəd, əməkdaşların maraqları və meyilləri nəzərə alınaraq, uğurlu ola biləcəkləri vəzifələrdə irəliləmələrini təmin etməkdir.
Bunun üçün əməkdaşların performansı dəyərləndirilir, inkişaf etdirilməli olan sahələr və səriştələr müəyyən edilir, bu sahələr və səriştələr planlaşdırılmış təlimlərlə inkişaf etdirilərək müəssisənin ehtiyac duyduğu keyfiyyətli insan resursları formalaşdırılır.
Seçim və yerləşdirmə sistemimizin əsas prinsipi,
INCI CLINIC və İnci Laboratoriyaları olaraq əməkdaşlarımıza; Ümumi oriyentasiya, Bölməyə Məxsus oriyentasiya, Zəruri Təlimlər, Bölmə üzrə İxtisas Təlimləri verilir. Keyfiyyət standartlarımız tələb edir ki, hər il zəruri təlimlər keçirilsin. Bu təlimlər əməkdaşlarımızın maarifləndirilməsi, biliklərinin yenilənməsi və tətbiq vahidliyinin təmin olunması baxımından önəm daşıyır. Əməkdaşlarımızın inkişafı xidmətimizdə yüksək keyfiyyət anlayışımıza töhfə verir.
Qrupumuz daxilində bütün administrativ heyət əməkdaşları üçün peşəkar departament təlimləri təşkil edilir. Bu təlimlər əməkdaşlarımızın biliklərinin yenilənməsini və öz sahələrində səriştələrinin artırılmasını təmin edir.
Aramıza yeni qoşulan bütün əməkdaşlarımıza işə başladığı gün İnsan Resursları tərəfindən baş ofisdə ümumi oriyentasiya təlimi keçirilir. Baş təlimi tamamlayan əməkdaşlar, daha sonra fəaliyyət göstərdikləri klinika (laboratoriya) və bölmənin daxili korporativ oriyentasiya təliminə qatılırlar. İşləyəcəyi bölmə tərəfindən verilən təlim proqramı ilə əməkdaşın bölməyə və vəzifəyə xas prosesləri və tətbiqləri rəhbər köməyi ilə öyrənməsi məqsəd qoyulur.
İnsan Resursları Siyasətimiz, INCI CLINIC və İnci Laboratoriyalarının vizyon və missiyasına xidmət etmək məqsədilə;