INCI CLINIC 2025-ci ildə sağlamlıq sahəsində daha geniş xidmət spektri ilə cəmiyyətə daha yaxından xidmət göstərmək məqsədilə yaradılmışdır. Klinikamız, illərlə formalaşmış təcrübə və etimadı əsas götürərək, yüksək keyfiyyətli ambulator-poliklinik xidmətləri, laborator və diaqnostik metodları bir araya gətirərək pasiyentlərə tam tibbi xidmət təqdim etməyi qarşısına məqsəd qoymuşdur.
Müasir infrastruktura, qabaqcıl tibbi texnologiyalara və peşəkar tibbi heyətə malik INCI CLINIC, sağlamlıq sahəsində ölkənin aparıcı mərkəzlərindən biri olmağa namizəddir.
“İNCİ” brendi 2016-cı ildə “İnci Laboratoriyaları” adı altında fəaliyyətə başlamış və bu müddət ərzində Azərbaycanda yüksək keyfiyyətli laborator xidmətin sinoniminə çevrilmişdir.
Sürətli, dəqiq və etibarlı analiz prinsipi ilə minlərlə insana xidmət göstərmiş İnci Laboratoriyaları, fəaliyyətə başladığı gündən əldə etdiyi güvən və peşəkar təcrübə ilə səhiyyə sektorunda etibarlı bir ad qazanmışdır.
Bu uğurlu yolun davamı olaraq 2021-ci ildən etibarən İnci Tovuz Poliklinikası fəaliyyətə başlamış, bölgədə ilk gündən pasiyent yönümlü xidmət modeli ilə seçilmişdir.
Tovuzda fəaliyyət göstərən bu poliklinika, həm şəhər, həm də kənd əhalisinə yüksək keyfiyyətli ilkin tibbi xidmətlər, laborator analizlər və diaqnostika sahəsində imkanlar təqdim edərək brendin regionlarda tətbiq olunmuş modelinə çevrilmişdir.
INCI CLINIC-in qurulması, bu uğurlu modelin daha geniş miqyasda – Bakı və ölkə üzrə tətbiqini hədəfləyir. Bu addım, sadəcə brendin böyüməsi deyil, həm də ölkə üzrə səhiyyənin keyfiyyətli xidmətlərlə zənginləşdirilməsi missiyasının davamıdır.
Sağlamlığı əsas dəyər kimi qoruyaraq, yüksək tibbi xidmətin hər kəs üçün əlçatan olduğu, pasiyent məmnuniyyətinin ön planda tutulduğu modern və etibarlı tibb mərkəzi olmaq.
Elmi əsaslara, etik prinsiplərə və insana hörmətə əsaslanan tibbi xidmətlər göstərərək, cəmiyyətin sağlamlığını qorumaq və həyat keyfiyyətini yüksəltmək.