INCI CLINIC-ə müraciət edən 100 yaşlı pasiyent klinikanın terapevtik profil üzrə müayinələrindən keçirilib. Pasiyentin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə kompleks diaqnostik paket tətbiq olunub.
İlkin qəbul zamanı pasiyent Uzman terapevt tərəfindən müayinə edilib və klinik vəziyyətin daha dəqiq qiymətləndirilməsi üçün laborator analizlər, eləcə də ultrasəs müayinəsi (USM) aparılıb. Müayinələr standart protokollara uyğun şəkildə həyata keçirilib və nəticələr pasiyentin ümumi sağlamlıq göstəricilərinin obyektiv qiymətləndirilməsinə imkan verib.
Tibbi prosedurlar təhlükəsizlik tələblərinə uyğun olaraq icra olunub, pasiyent müayinələrdən sonra müşahidəyə götürülüb və ona ambulator izlənmə ilə bağlı zəruri tövsiyələr təqdim edilib.
INCI CLINIC yaşlı pasiyentlərin tibbi ehtiyaclarının qarşılanmasına xüsusi önəm verir və yüksək yaş qrupları üçün göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.