INCI CLINIC kardioloji müayinələrin dəqiqliyini artırmaq məqsədilə EPIQ CVx Cardiac Ultrasound ultrasəs sistemini istifadəyə verib. Yeni nəsil texnologiyalarla təchiz edilmiş bu cihaz ürək strukturlarının yüksək keyfiyyətli və detallı görüntülənməsini təmin edir.
EPIQ CVx-in nSIGHT Imaging texnologiyası, inteqrasiya olunmuş analiz alətləri və sürətli iş prosesi həkimlərə funksional və struktur dəyişiklikləri daha dəqiq qiymətləndirməyə imkan yaradır. Sistem həm ürək boşluqları və klapanların müayinəsində, həm də Doppler analizləri, miyokard-perikard qiymətləndirməsi və ürək çatışmazlığının monitorinqi kimi geniş kardioloji sahələrdə istifadə olunur.
Bu yenilik INCI CLINIC -in diaqnostik xidmətlərinin keyfiyyətini daha da gücləndirir və pasiyentlərə daha sürətli, dəqiq və müasir tibbi xidmət göstərməyə şərait yaradır.