İnci Laboratoriyaları Yeni Gəncə Filialı

Ümumi məlumat

Yeni Gəncə filialımız, İnci Laboratoriyalarının xidmət alımı modelini regionlara uğurla daşıdığı nümunəvi layihələrdən biridir.

Bu filial, Gəncə şəhərində yerləşən böyük və multidisiplinar Yeni Gəncə Tibb Mərkəzində fəaliyyət göstərir. Burada İnci Laboratoriyaları olaraq ilk dəfə regionda bir xəstəxana daxilində laborator xidmətləri “xidmət alımı” modeli ilə təqdim etmişik. Bu model, daha əvvəl yalnız paytaxtda tətbiq edilmişdi və indi bölgələrdə də uğurla işlədiyini sübut edir.

Yeni Gəncə Tibb Mərkəzi daxilində fəaliyyət göstərən filialımızda:

  • Müxtəlif ixtisaslı şöbələrin ehtiyaclarına uyğun sürətli və dəqiq laborator analizlər aparılır,
  • Klinikada çalışan həkimlərin müalicə planları üçün etibarlı və operativ nəticələr təmin edilir,
  • Pasiyentlər laborator xidmətlərə birbaşa klinika daxilində, növbəsiz və rahat şəkildə çıxış əldə edirlər.

Bu model vasitəsilə İnci Laboratoriyaları, bölgələrdə də səhiyyənin keyfiyyətini artırmaq və daha əlçatan etmək yolunda mühüm addım atmışdır.

Daha ətraflı www.incilab.az