İnci Laboratoriyalarının əsas təməl nöqtəsi olan Mərkəz Filialı, 2018-ci ildə Bülbül prospekti 58G ünvanında fəaliyyətə başlamış və qısa müddət ərzində minlərlə pasiyentə dəqiq, etibarlı və sürətli laborator analiz xidmətləri təqdim edərək brendin inkişafında əhəmiyyətli rol oynamışdır.
2023-cü ildə isə xidmət imkanlarını daha da genişləndirmək və daha müasir infrastruktur yaratmaq məqsədilə filial Əhməd Rəcəbli küçəsi, 19R ünvanına köçürülmüşdür.
Yeni məkanda xidmət spektri keyfiyyətcə genişlənmiş, regionda nadir olan tam çeşidli xidmətlər göstərən Patoloji Laboratoriya qurulmuşdur.
Bu inkişafla Mərkəz Filialımız artıq yalnız ümumi laborator analizlərin aparıldığı məkan deyil, eyni zamanda ixtisaslaşmış və kompleks laborator diaqnostika mərkəzi statusuna yüksəlmişdir.
Daha ətraflı www.incilab.az