Gənclik Filialı, İnci Laboratoriyalarının Azərbaycan səhiyyə sistemində bir ilkə imza atdığı mühüm məkanlardan biridir.
Bu filial, ölkədə ilk dəfə olaraq (2016) həm dövlət, həm də özəl sektor daxilində laborator xidmətlərinin “xidmət alımı” modeli ilə təşkil olunduğu ilk nümunə olmuşdur. Beləliklə, Azərbaycan səhiyyəsində ilk dəfə bir özəl xəstəxana daxilində xarici laboratoriya tərəfdaşlığı ilə işləyən model reallaşdırılmışdır. Bu, ölkədə laborator müstəqilliyin və keyfiyyətin yeni mərhələyə keçidini ifadə edir.
Gənclik metrostansiyası yaxınlığında, HB Güven Klinikası daxilində yerləşən bu filial, pasiyentlərə sürətli, dəqiq və peşəkar laborator analiz xidmətləri təqdim edir. Klinikada aparılan bütün tibbi proseslərdə İnci Laboratoriyasının diaqnostik gücü istifadə olunur və nəticələr pasiyentin ümumi müalicə planına birbaşa təsir göstərir.
Bu əməkdaşlıq, ölkə üzrə digər klinikalarda da laborator xidmət alımına dair etibarlı və tətbiq oluna bilən modelin əsasını qoymuşdur.
Daha ətraflı www.incilab.az