2025-ci ildə fəaliyyətə başlayan İnci Laboratoriyaları Gəncə Şəhər Filialı, regionun laborator xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə yaradılmışdır. Filial Gəncə şəhərinin mərkəzində, 3 nömrəli şəhər xəstəxanasına (Təcili Yardım Xəstəxanası) yaxın, müstəqil bir binada yerləşir. Bu, xəstəxana mühitindən uzaq qalmaq istəyən, sadəcə laborator analizlərə ehtiyacı olan pasiyentlər üçün alternativ və rahat bir seçim yaradır.
Strateji yerləşmə — Şəhərin mərkəzində, həm tibb müəssisələrinə yaxın, həm də gündəlik müraciət üçün əlverişli bir ünvanda yerləşməsi, Gəncənin istənilən nöqtəsindən rahat çıxışı təmin edir.
Regionda ilk dəfə olaraq burada tam funksional Patologiya Laboratoriyası istifadəyə verilib. Bu bölmədə:
kimi A-dan Z-yə bütün patologiya xidmətləri təqdim olunur. Bu, Azərbaycanın bölgələrində ilk dəfə həyata keçirilən unikal tibbi yenilikdir.
Gəncə Şəhər Filialı həmçinin laborator xidmətlərin özəl, əlçatan və keyfiyyətli şəkildə təqdim olunduğu, xəstəxanaya getmək istəməyən pasiyentlər üçün rahatlıq təklif edən bir məkandır.
Bu filialla İnci Laboratoriyaları, sadəcə Bakıda deyil, regionlarda da ixtisaslaşmış laborator xidmətlər üzrə liderliyini təsdiqləmişdir.
Daha ətraflı www.incilab.az