Revmatologiya (autoimmun və revmatizm xəstəlikləri) əzələ-oynaq sistemi, birləşdirici toxuma və autoimmun xəstəliklərin diaqnostika və müalicəsi ilə məşğul olan tibbi ixtisas sahəsidir. Revmatologiya: artrit, sistemik qırmızı qurdeşənəyi (lupus), revmatoid artrit, ankilozlaşdırıcı spondilit və vaskulit kimi xəstəlikləri əhatə edən immun sistemindəki pozğunluqlar nəticəsində yaranan, xroniki və çox zaman ağrılı autoimmun xəstəliklərin diaqnostikası ilə məşğuldur.
Revmatologiya əzələ-oynaq sistemi, birləşdirici toxuma və autoimmun xəstəliklərin diaqnostika və müalicəsi ilə məşğul olan tibbi ixtisas sahəsidir. Revmatologiya: artrit, sistemik qırmızı qurdeşənəyi (lupus), revmatoid artrit, ankilozlaşdırıcı spondilit və vaskulit kimi xəstəlikləri əhatə edən immun sistemindəki pozğunluqlar nəticəsində yaranan, xroniki və çox zaman ağrılı autoimmun xəstəliklərin diaqnostikası ilə məşğuldur. Revmatoloqlar bu xəstəliklərin düzgün diaqnostikasını aparır, xəstəliyin gedişatını nəzarətdə saxlayır və xəstələrin həyat keyfiyyətini artırmaq məqsədilə müxtəlif dərman müalicələri və reabilitasiya metodları tətbiq edirlər.
Revmatoloji Xəstəliklərin Dünya üzrə Yayılması və Statistikası
Revmatoloji xəstəliklər dünya üzrə milyonlarla insana təsir edərək, ictimai səhiyyə baxımından əhəmiyyətli bir problem yaradır:
Osteoartrit: təxminən 250 milyon insana təsir edir, bu isə dünya əhalisinin təqribən 3.6 %-sını təşkil edir.
Revmatoid artrit (RA): qlobal yayılma tezliyi 0.24 %-dir.
Podaqra - Qərb ölkələrində 1–2% tezliklə müşahidə olunur.
Ankilozlaşdırıcı spondilit (AS) - Avropa ölkələrində yayılma 0.2–0.7 % arasında dəyişir.
Psoriatik artrit (PsA) - nisbətən nadir rast gəlinir, təxminən 0.1 %.
Sistemik Lupus Eritematozus (SLE) (Qırmızı Qurd Eşənəyi; Kəpənək xəstəliyi)- dünya üzrə yayılması yüksək olan autoimmun xəstəlikdir (100 mində 20-70 insanda görülür)
Fibromialgiya – 2-8 % yayılma tezliyinə malikdir və qadınlarda daha çox müşahidə olunur.
Revmatologiyanın Multidissiplinar Əhəmiyyəti
Revmatologiya başlıca olaraq daxili xəstəliklər (terapiya), kardiologiya, nefrologiya, pulmonologiya və fizioterapiya kimi sahələrlə sıx əməkdaşlıq edir.
Məsələn, revmatoid artrit yalnız oynaqlara deyil, həm də ürək, ağciyər və böyrəklərə təsir edə biləcək ağırlaşmalara səbəb ola bilər. Bu səbəbdən müxtəlif ixtisaslı həkimlərin birgə işləməsi xəstəliyin düzgün diaqnostika və effektiv müalicəsi üçün mühüm əhəmiyyət daşıyır.
Bu əməkdaşlıq, həm xəstələrə dəqiq diaqnoz alması, həm də uzunmüddətli həyat keyfiyyətinin artırılması baxımından həlledici rol oynayır.
Revmatologiya, əzələ-sümük sistemi və birləşdirici toxuma ilə yanaşı, autoimmun və iltihablı xəstəliklərin diaqnozu və müalicəsi ilə məşğuldur. Oynaq ağrıları, şişlik, hərəkət məhdudiyyəti kimi simptomlarla özünü göstərən: revmatoid artrit, osteoartrit, sistemik lupus eritematozus (SLE), ankilozlaşdırıcı spondilit, podaqra (gut) və vaskulit kimi xəstəliklər bu sahənin əhatə dairəsindədir. Revmatoloqlar həmçinin immun sistemdəki anormallıqların yaratdığı xroniki və sistemik xəstəlikləri qiymətləndirərək fərdi müalicə planları tərtib edirlər
Revmatoloqların əsas vəzifələri bunlardır:
Revmatoloji xəstəliklər həm oynaq-əzələ sisteminə, həm də müxtəlif orqanlara təsir edə bilər. Ən çox görülən əlamətlərə oynaq ağrısı, şişlik və hərəkət məhdudluğu daxildir. Oynaqlarda sərtlik, əzələ və birləşdirici toxumada ağrı, yorğunluq, qızdırma, dəri səpgiləri və arıqlama kimi sistemik əlamətlər də müşahidə olunur.
Ən çox rast gəlinən klinik simptomlar bunlardır:
1. Revmatoid Artrit (RA) – Oynaqlarda iltihab, ağrı və deformasiyaya səbəb olan autoimmun xəstəlik.
2. Osteoartrit (OA) – Oynaq qığırdağının aşınması ilə meydana gələn degenerativ xəstəlik.
3. Sistemik Lupus Eritematozus (SLE) (Qırmızı Qurd Eşənəyi; Kəpənək xəstəliyi) – dəri, oynaq və daxili orqanlara təsir edən sistemik autoimmun xəstəlik.
4. Ankilozlaşdırıcı Spondilit – Onurğa və çanaq sümüyü oynaqlarında iltihabla gedən xəstəlik.
5. Podaqra (Gut) – Sidik turşusunun kristallar şəklində oynaqlarda yığılması ilə yaranır.
6. Vaskulit – Damar divarlarının iltihabı.
7. Fibromialgiya - Yayılmış bədən ağrısı, yorğunluq və yuxu pozuntuları ilə xarakterizə olunur.
8. Revmatik Polimialgiya - Əsasən çiyin, boyun və omba ətrafında sərtlik və ağrı.
9. Skleroderma (Sistemik Skleroz) - Dərinin və daxili orqanların sərtləşməsi ilə gedən xəstəlik.
10. Şeqren Sindromu - Göz və ağız quruluğu ilə xarakterizə olunan autoimmun xəstəlik.
Revmatoid Artrit (RA)
Revmatoid artrit, immun sisteminin bədənin oynaqlarına hücum etməsi səbəbindən yaranan xroniki autoimmun xəstəlikdir. Bu hal, oynaqlarda ağrı, şişlik, hərəkətlərin məhdudlaşması və zamanla oynaq zədələnmələrinə gətirib çıxara bilər. Ən çox barmaq, bilək və diz oynaq sistemlərinə təsir göstərir. Müalicədə immunosupressant dərmanlar, iltihabı azaldan dərmanlar və fizioterapiya istifadə edilir.
Osteoartrit (OA)
Osteoartrit, oynaq qığırdağının zamanla aşınması nəticəsində inkişaf edən degenerativ oynaq xəstəliyidir. Proses adətən yaşlanma, artıq çəki və oynaqların davamlı istifadəsi ilə bağlı olur. Ən çox diz, bud-çanaq, barmaq və onurğa oynaq sistemlərində müşahidə edilir. Müalicə üsulları arasında ağrının idarəsi, fiziki reabilitasiya və ciddi hallarda cərrahi müdaxilə var.
Sistemik Lupus Eritematozus (SLE; Qırmızı Qurd Eşənəyi; Kəpənək Xəstəliyi)
Sistemik lupus eritematozus (SLE), immun sisteminin oynaqlar, dəri, böyrəklər və başqa sağlam toxumalar da daxil olmaqla bədənə hücum etməsi ilə xarakterizə olunan autoimmun xəstəlikdir. Dəri səpgiləri, zaman-zaman yaranan yorğunluq, oynaq ağrıları və orqan zədələnməsi kimi əlamətlərlə özünü göstərə bilər. Müalicə immunosupressant dərmanlarlarla və simptomları yüngülləşdirən terapiyalarla aparılır.
Ankilozlaşdırıcı Spondilit (AS)
Ankilozlaşdırıcı spondilit, onurğa və sakroiliak oynaqlarda xroniki iltihab yaradan revmatoloji bir xəstəlikdir. Bel ağrısı, oynaqlarda hərəkət məhdudluğu və hərəkət zəifliyi ilə müşahidə edilir. İrəliləyən mərhələlərdə onurğada qalıcı struktur dəyişikliyi yarana bilər. Müalicədə fizioterapiya, ağrıkəsici və iltihab əleyhinə dərmanlar əsas yer tutur.
Podaqra Xəstəliyi
Podaqra (gut), oynaqlarda sidik turşusunun yığılması nəticəsində oynaq içərisində kristalların əmələ gəlməsi ilə xarakterizə olunan iltihabi oynaq xəstəliyidir. Ən çox baş barmaq oynaq sisteminə təsir edərək qəfil və şiddətli ağrı növbətlərinə səbəb olur. Müalicə sidik turşusunu azaldan dərmanlar, ağrı idarəsi və diyet dəyişikliklərini əhatə edir.
Vaskulit
Vaskulit, qan damarlarının iltihabına səbəb olan bir sıra xəstəlikləri ifadə edir. Bu vəziyyət, qan dövranını məhdudlaşdıraraq orqan zədələnməsinə səbəb ola bilər. Simptomlar təsirə məruz qalan damar və orqana görə fərqlənə bilər. Müalicə üçün kortikosteroidlər və immunosupressant dərmanlardan istifadə edilir.
Fibromialgiya
Fibromiyalgiya, əzələ-skelet sistemində geniş yayılmış ağrı, davamlı yorğunluq və müəyyən həssas nöqtələrlə müşahidə olunan xroniki sindromdur. Əksər hallarda yuxu pozuntuları, depressiya və zehni çatışmazlıqlar müşahidə olunur. Müalicə ağrını azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə analgetiklər, antidepresanlar və fizioterapiya kombinasiyası ilə aparılır.
Polimialgiya Revmatizmi
Polimiyalgiya revmatizmi, xüsusilə çiyin, boyun və bud ətrafı bölgələrdə güclü əzələ ağrısı və sərtliyi ilə xarakterizə olunur. Əsasən 50 yaşdan yuxarı şəxslərdə görülür və səhərlər daha çox əlamət verir. Müalicə üçün adətən aşağı doza kortikosteroid dərmanlar verilir.
Skleroderma (Sistemik Skleroz)
Skleroderma, dəri və daxili orqanlarda kollagenin artması nəticəsində birləşdirici toxumaların sərtləşməsi ilə xarakterizə olunan autoimmun xəstəlikdir. Dəri qatlarının qalınlaşmasına əlavə olaraq həzm sistemi, ağciyər və ürək problemləri də müşahidə edilə bilər. Müalicə əsasən simptomları yüngülləşdirmək və orqan zədələnməsinin qarşısını almaq məqsədilə aparılır.
Şeqren Sindromu
Şeqren sindromu, əsasən göz və ağızın quruluğu ilə müşahidə olunan autoimmun xəstəlikdir. İmmun sistem gözyaşı və tüpürcək vəzilərinə hücum edərək onların funksiyasını pozur. Xəstələrdə bu əlamətə əlavə oynaq ağrısı, yorğunluq və bəzən digər autoimmun xəstəliklər də müşahidə edilə bilər. Müalicə məqsədi ilə göz yaşı damlaları, nəmləndiricilər və lazım olduqda immunosupressant dərmanlar istifadə edilir.
Qan testləri: İltihab səviyyələri, autoanticisimlərin mövcudluğu və ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir.
Sidik testləri: Böyrək funksiyalarını yoxlamaq və revmatizmal xəstəliklərin təsirlərini izləmək üçün aparılır.
Radiologiya üsulları: Rentgen, ultrasəs, MRT və KT ilə oynaqlar, sümüklər və yumşaq toxumalardakı zədələnmələr araşdırılır.
Oynaq mayesi analizi: Oynaqdakı mayenin yoxlanılması ilə infeksiya, iltihab və kristal toplanması (gut kimi) müəyyən edilir.
Biopsiya: Dəri, əzələ və ya orqanlardan götürülən nümunələrlə xəstəliyin növü və yayılma səviyyəsi təyin olunur.
Tənəffüs funksiyası testləri: Ağciyər tutulumu və funksional itkiləri dəyərləndirmək üçün tətbiq olunur.
Elektromioqrafiya (EMQ): Sinir və əzələ sistemindəki pozuntuları müəyyən etmək üçün istifadə olunur.
Revmatologiya Bölməsində tətbiq olunan müalicə üsulları əzələ-skelet sistemi, birləşdirici toxumalar və autoimmun xəstəliklərin simptomlarını yüngülləşdirmək, xəstəliyin gedişini dayandırmaq və xəstənin həyat keyfiyyətini artırmaq məqsədi daşıyır. Müalicəyə dərman istifadəsi, fizioterapiya, həyat tərzi dəyişiklikləri və ehtiyac olduqda cərrahi müdaxilələr daxildir. Revmatoid artrit, SLE, ankilozlaşdırıcı spondilit və gut kimi xəstəliklərdə immun sistemini tənzimləyən dərmanlar, ağrıkəsicilər və iltihab əleyhinə preparatlar geniş şəkildə istifadə olunur. Hər bir xəstə üçün fərdi müalicə planı hazırlanaraq uzunmüddətli sağlamlıq dəstəklənir.
Revmatologiyada müalicə üsullarına aşağıdakılar daxildir:
Farmakoloji müalicə: Ağrını azaltmaq, iltihabı aradan qaldırmaq və immun sistemin fəaliyyətini nizamlamaq üçün müxtəlif dərman müalicələri tətbiq olunur.
Fizioterapiya və reabilitasiya: Oynaq hərəkətliliyini artırmaq, əzələ gücünü qorumaq və hərəkət qabiliyyətini bərpa etmək üçün məşqlər və fiziki prosedurlar aparılır.
Qidalanma və həyat tərzi dəyişiklikləri: Sağlam pəhriz, müntəzəm fiziki aktivlik və zərərli vərdişlərin buraxılması xəstəliklərin idarəsində mühüm rol oynayır.
İnyeksion müalicələr: İltihabı azaltmaq və oynaq ağrılarını yüngülləşdirmək üçün xüsusi inyeksion müalicələr tətbiq edilir.
Cərrahi müalicə: Oynaqlarda ciddi zədələnmə olduqda protezləşdirmə və ya deformasiyaların düzəldilməsi məqsədilə cərrahi müdaxilələr həyata keçirilir.
Psixoloji dəstək: Xroniki xəstəliklərin yaratdığı stres və depressiya ilə mübarizə üçün psixoloji məsləhət və terapiya xidmətləri təklif olunur.
Alternativ və tamamlayıcı tibb üsulları: Akupunktura, masaj terapiyası və digər alternativ metodlar simptomların idarə edilməsində köməkçi ola bilər.