Ortopediya və travmatologiya (artrologiya, oynaq və onurğa xəstəlikləri), əzələ-skelet sistemini əhatə edən xəstəliklər, yaralanmalar və deformasiyalarla məşğul olan tibb sahəsidir. Bu sahə: bədən skeletini təşkil edən sümüklər, oynaqlar, əzələlər, bağlar, vətərlər və sinirləri əhatə edir.
Ortopediya və travmatologiya, əzələ-skelet sistemini əhatə edən xəstəliklər, yaralanmalar və deformasiyalarla məşğul olan tibb sahəsidir. Bu sahə: bədən skeletini təşkil edən sümüklər, oynaqlar, əzələlər, bağlar, vətərlər və sinirləri əhatə edir. Ortopediya, anadangəlmə skelet patologiyalarının və yaşlanmaya bağlı sümük ərimələrinin diaqnostikası və müalicəsi ilə məşğul olur; travmatologiya isə qəza, yıxılma və ya idman yaralanmaları kimi ani və ağır travmalar nəticəsində yaranan sınıqların, çıxıqların və yumşaq toxuma zədələnmələrinin müalicəsini həyata keçirir.
Ortopediya mütəxəssisləri, anadangəlmə skolioz, oynaq çıxığı kimi patologiyalardan, yaşlılarda tez-tez rast gəlinən osteoporoz və artrit kimi xəstəliklərə qədər geniş spektrdə xəstəliklərlə məşğul olur. Travmatologiya isə təcili müdaxilə tələb edən sınıqlar, çıxıqlar və yumşaq toxuma zədələnmələrinin sürətli və effektiv müalicəsini təmin edir. Bu sahədə cərrahi metodlar geniş istifadə olunur, bəzi hallarda isə konservativ müalicə üsulları tətbiq edilə bilər.
Ortopediya və travmatologiya, müasir tibb texnologiyalarının inkişafı ilə protez cərrahiyyəsi, artroskopiya, onurğa cərrahiyyəsi kimi mürəkkəb əməliyyatları icra edir. Xüsusilə idman yaralanmaları, iş və yol qəzaları kimi hallarda xəstələrin sürətlə normal həyatlarına dönməsi üçün edilən müdaxilələr böyük önəm daşıyır. Bu sahə, həmçinin insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyən genişmiqyaslı müalicə və reabilitasiya prosesini əhatə edir.
Ortopediya və travmatologiya mütəxəssisləri, xüsusilə artroskopiya və idman zədələnmələri zamanı müasir tibbdə tətbiq edilən innovativ müalicə metodlarını tətbiq edir. Diz və çiyin kimi hərəkətli oynaqlarda yaranan zədələnmələr artroskopik cərrahi metodlarla minimal invaziv üsullarla əməliyyat olunur. Bu üsullar xəstənin daha sürətli sağalmasına və əməliyyatdan sonra ağrının azalmasına imkan verir.
Artroskopik Diz Əməliyyatları
Diz oynağı zədələnmələri, xüsusilə idmançılar arasında geniş yayılmışdır. Artroskopik cərrahiyyə zamanı dizin daxili strukturlarına minimal kəsiklərlə daxil olunur. Ən çox müalicə olunan xəstəliklər aşağıdakılardır:
Artroskopik Çiyin Əməliyyatları
Çiyin oynağı mürəkkəb quruluşu ilə müxtəlif zədələnmələrə və xəstəliklərə meyillidir. Aşağıdakı əsas artroskopik əməliyyatlar icra olunur:
Bu əməliyyatlar xəstənin ağrısını azaltmaq, hərəkət qabiliyyətini artırmaq və aktiv həyat tərzinə qayıtmasını sürətləndirmək məqsədi daşıyır. Artroskopik cərrahiyyə, ənənəvi açıq əməliyyatlardan fərqli olaraq toxuma zədələnməsini azaldır, bu da sağalma prosesinin daha sürətli və az ağrılı olmasını təmin edir. Xəstələr əməliyyatdan sonra erkən dövrdə fizioterapiya və reabilitasiyaya başlayaraq əvvəlki aktivlik səviyyələrinə qayıtmağa çalışırlar.
Onurğa cərrahiyyəsi, onurğada yaranan müxtəlif xəstəlik və problemləri əhatə edir. Anadangəlmə və ya həyatın sonrakı dövrlərində meydana çıxan onurğa patolgiyalarının müalicəsini həyata keçirir. Məqsəd ağrını azaltmaq, funksionallığı artırmaq və onurğanın struktur bütövlüyünü qorumaqdır.
Onurğa Sınıqları və Çıxıqları
Onurğa sınıqları və çıxıqları adətən ciddi travmalar nəticəsində yaranır və təcili cərrahi müdaxilə tələb edə bilər. Cərrahi əməliyyatın məqsədi onurğanın stabilliyini bərpa etmək, sinir toxumasını qorumaq və xəstənin funksional bərpasını maksimum dərəcədə təmin etməkdir.
Onurğa İnfeksiyaları
Onurğa infeksiyaları bakterial və ya viral amillər səbəbindən onurğa sütununda meydana gələ bilər. Müalicə, infeksiyanın yayılmasının qarşısını almaq və onurğanın struktural bütövlüyünü qorumaq məqsədilə antibiotik müalicəsi və zəruri hallarda cərrahi müdaxiləni əhatə edir.
Disk Yırtığı (Herniası) Cərrahiyyəsi
Fəqərələrarası disklərin tədricən degenerasiyası və ya travma nəticəsində yer dəyişməsi bel yırtığı (lumbal disk yırtığı) və boyun yırtığına (servikal disk yırtığı) səbəb ola bilər. Bu vəziyyət sinirlərə təzyiq göstərərək güclü ağrılara və hərəkət məhdudiyyətinə gətirib çıxarır. Mikrocərrahiyyə və ya endoskopik diskektomiya kimi üsullarla təzyiq aradan qaldırılaraq xəstənin həyat keyfiyyəti yüksəldilə bilər.
Onurğa Şişləri
Onurğa nahiyəsində yaranan xoşxassəli və ya bədxassəli şişlər sinir toxumalarına təzyiq göstərərək ciddi nevroloji problemlərə səbəb ola bilər. Bu şişlərin cərrahi yolla çıxarılması, həm təzyiqi azaltmaq, həm də şişin yayılmasının qarşısını almaq üçün həyata keçirilir.
Onurğa Stabilizasiya və Fuzion Əməliyyatları
Onurğa sınıqları, degenerativ xəstəliklər və ya struktural pozğunluqlar nəticəsində onurğanın stabilliyi pozulduqda, fəqərələrin cərrahi yolla birləşdirilməsi vasitəsilə fəqərələr bir-birinə birləşdirilərək stabillik təmin edilir. Bu zaman plakalar, vintlər və ya xüsusi implantlardan (qəfəslərdən) istifadə olunur. Əməliyyatın məqsədi ağrını azaltmaq və onurğa funksiyalarını qorumaqdır.
Uşaq ortopediyası və travmatologiyası: 16 yaşdan kiçik uşaqlarda anadangəlmə oma çıxığı, əyri pəncə, serebral iflic, mielomeninqosel, skelet-əzələ sistemində anadangəlmə qüsurlar, düzdabanlıq, şişlər, inkişaf pozuntuları və sümük sınıqlarının diaqnostikası, izlənməsi və müalicəsi ilə məşğuldur.
Ayaq və topuq cərrahiyyəsi bu nahiyələrin degenerativ xəstəlikləri, idman travmaları, sınıqlar, bağların qopması, qığırdaq zədələnmələri kimi patologiyaların cərrahi və konservativ müalicəsini əhatə edir.
Ortopedik onkologiya - sümük, əzələ və yumşaq toxumalarda inkişaf edən şişlərin diaqnostikası və müalicəsi ilə məşğul olan tibbi bir sahədir. Bu sahədə çalışan mütəxəssislər həm xoşxassəli (benign), həm də bədxassəli (malign) şişlərin müalicəsi ilə məşğul olurlar. Müalicə üsulu şişin növünə, ölçüsünə, yerləşdiyi nahiyəyə və yayılma dərəcəsinə görə dəyişir.
Ortopedik onkologiya əsasən aşağıdakı şiş tiplərini əhatə edir:
Bu şişlər yalnız ətraflarda deyil, həm də çanaq (pelvis), onurğa və döş qəfəsi kimi bədənin digər bölgələrində də yarana bilər.
Çiyin və dirsək nahiyəsinin artrozu (oynaqda qığırdaq yeyilməsi), rotator manjet (əzələ və bağ qurşağı) xəstəlikləri, təkrarlayan çıxıqlar, həmçinin travmaya və ya həddindən artıq yüklənməyə bağlı xəstəliklər artroskopik və açıq üsullarla cərrahi yolla müalicə edilir.
Artroz-xüsusilə yaşlı insanlarda tez-tez rast gəlinən və hərəkət qabiliyyətini azaldan oynaqların degenerativ xəstəlikləridir. Bu xəstəliklər oynaqlarda qığırdaq toxumasının zamanla aşınması və zədələnməsi ilə xarakterizə olunur. Ən çox rast gəlinən formaları:
Qonartroz və Koksartrozun Müalicəsi
Ətraf cərrahiyyəsi yuxarı və aşağı ətraflar (qollar və ayaqlar) olmaq üzrə müxtəlif mürəkkəb cərrahi əməliyyatları əhatə edir. Əsas müalicə sahələri:
Oma Sınıqları
Oma sınıqları, xüsusilə yaşlı xəstələrdə tez-tez rast gəlinən və ciddi müalicə tələb edən travmalardır. Bu sınıqlar əsasən yıxılma nəticəsində baş verir və osteoporoz (sümük sıxlığının azalması) səbəbindən risk daha yüksək olur.
Oma sınıqları əsas 3 qrupa bölünür:
Əl, bilək, dirsək və qol bölgələrində yaranan problemlərin diaqnostikası və müalicəsinin planlaşdırılması, həyata keçirilməsi ilə məşğul olan cərrahi sahədir.
Yuxarı ətraf cərrahiyyəsi üzrə kliniki müdaxilələrə aşağıdakılar daxildir:
Yuxarı Ətrafın Rekonstruktiv Cərrahiyyəsi
Travmalardan və ya degenerativ dəyişikliklərdən sonra, eləcə də anadangəlmə sinir-əzələ xəstəlikləri və ya şişlər nəticəsində yaranan əl funksiyası itkilərinin bərpası bu sahəyə daxildir. Buraya aşağıdakı prosedurlar daxildir:
Boyun Yırtığı (Servikal Disk Yırtığı)
Boyun yırtığı, boyun fəqərələri arasında yerləşən diskin strukturunun pozulması nəticəsində daxili qığırdaq toxumanın çıxaraq onuriliyə və ya sinirlərə təzyiq etməsi ilə meydana gəlir. Bu vəziyyət boyun ağrısı, qol və çiyində uyuşma və güc itkisinə səbəb ola bilər.
Skolioz
Skolio z- onurğanın yana əyilməsi və ya öz oxu ətrafında dönməsi ilə xarakterizə olunan bir deformasiyadır. Ən çox yeniyetmə dövründə ortaya çıxır, lakin anadangəlmə onurğa anomaliyaları, əzələ və sinir sisteminin xəstəlikləri səbəbilə də inkişaf edə bilər.
Kifoz
Kifoz-xüsusilə kürək nahiyəsində onurğanın normaldan artıq önə doğru əyilməsi (donqarlıq) halıdır. Bu vəziyyət duruş pozğunluqları, onurğa xəstəlikləri və ya travmalar nəticəsində yarana bilər.
Diz Ağrısı
Diz ağrısı çox yayılmış şikayətlərdəndir. Əsas səbəbləri aşağıdakılar ola bilər:
Əl və Bilək Oynaqlarının Xəstəlikləri
Əl və bilək bölgəsində rast gəlinən əsas xəstəliklər:
Bu xəstəliklərin müalicəsi mikrocərrahi üsullarla aparıla bilər.
Əl ilə qolun əzələ və sümüklərinin funksiyalarının bərpası, ağrının azaldılması və xəstənin həyat keyfiyyətinin artırılması məqsədilə cərrahi və minimal invaziv prosedurlar tətbiq olunur.