Nefrologiya (böyrək xəstəlikləri) - böyrək xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan tibbi ixtisas sahəsidir. Bu sahə kəskin böyrək çatışmazlığı, son mərhələ xroniki böyrək xəstəliyi (KBX), dializ və böyrək köçürülməsi daxil olmaqla bütün böyrək xəstəliklərini əhatə edir.
Bəzi xəstəliklər böyrəklərin funksiyasına təsir göstərərək böyrək çatışmazlığı və ya xərçəng kimi həyati təhlükə yarada bilər. Nefrologiya böyrəklərin sağlam fəaliyyəti və xəstəliklərinin araşdırılması ilə məşğul olur.
Nefrologiya-böyrək xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan tibbi ixtisas sahəsidir. Bu sahə kəskin böyrək çatışmazlığı, son mərhələ xroniki böyrək xəstəliyi (KBX), dializ və böyrək köçürülməsi daxil olmaqla bütün böyrək xəstəliklərini əhatə edir.
Bəzi xəstəliklər böyrəklərin funksiyasına təsir göstərərək böyrək çatışmazlığı və ya xərçəng kimi həyati təhlükə yarada bilər. Nefrologiya böyrəklərin sağlam fəaliyyəti və xəstəliklərinin araşdırılması ilə məşğul olur.
Nefrologiya böyrəklərin sağlamlığı, funksiyası və xəstəlikləri ilə məşğul olan tibbi sahədir. Böyrəklər bədəndə artıq maye və tullantıların atılmasında, qan təzyiqinin tənzimlənməsində və elektrolit balansının qorunmasında vacib rol oynayır. Nefroloqlar xroniki böyrək xəstəliyi, kəskin böyrək çatışmazlığı, qlomerulonefrit, nefrotik sindrom, böyrək daşı, kistlər və infeksiyalar daxil olmaqla geniş xəstəlik spektrini diaqnoz və müalicə edirlər.
Ən çox rast gəlinən klinik əlamətlər:
Nefroloji müayinə zamanı həkim böyrək funksiyalarını qiymətləndirmək üçün laborator və tibbi görüntüləmə testlərindən istifadə edir. Lazım gələrsə:
Nefroloji müayinə zamanı böyrək xəstəliyindən şübhələnildikdə, bu xəstəliyin hansı növ olduğunu müəyyən etmək üçün laborator və radioloji müayinələr aparılır. Nefroloq həkim, yalnız öncədən diaqnoz qoyulmuş böyrək problemi olan xəstələri deyil, eyni zamanda böyrək funksiyasına təsir edən digər xəstəlikləri olan xəstələri və ya böyrək köçürülməsi (transplantasiyası) keçirmiş xəstələri də izləyir.
Hipertoniya və şəkərli diabet kimi geniş yayılmış daxili xəstəliklər ciddi böyrək zədələnmələrinə səbəb ola bilər və bu zaman müalicə (dializ və ya transplantasiya) olmadan yaşamaq mümkün deyildir.
Sidik yollarının təkrarlayan bakterial infeksiyaları kimi həyatı birbaşa təhdid etməyən bəzi xəstəliklər isə insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır və bu da tez-tez antimikrob müalicəyə ehtiyac yaradır. Belə hallarda nefroloji xəstəliyin səbəbini aşkarlamaq və onu aradan qaldırmaq üçün detallı müalicə lazımdır.
Nefrologiya BÖLMƏSİ, böyrək xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış tibb sahəsidir. Bu şöbədə aparılan testlər və müayinələr, böyrəklərin sağlamlığını qiymətləndirmək və mümkün xəstəlikləri vaxtında aşkarlamaq baxımından həyati əhəmiyyət daşıyır. Nefroloq həkimlər düzgün diaqnoz qoymaq üçün aşağıdakı laborator testlərdən və radioloji üsullardan istifadə edirlər:
Qan testləri: Ən çox istifadə edilən diaqnostik üsullardandır. Kreatinin və qanın azot (BUN) səviyyələri ölçülür. Kreatinin əzələ metabolizminin əlavə məhsuludur və böyrəklər vasitəsilə süzülür. Yüksək səviyyədə olması böyrək funksiyalarının pozulduğunu göstərir. BUN isə zülal metabolizminin məhsuludur və böyrəklərin süzmə qabiliyyətini göstərir.
Sidik testləri: Sidikdə zülal (proteinuriya), qan, qlükoza və digər anormal maddələrin aşkarlanması üçün istifadə olunur. Xüsusilə mikroalbuminuriya testi, şəkərli diabet və hipertoniya kimi xroniki xəstəlikləri olan şəxslərdə erkən mərhələdə böyrək zədələnməsini müəyyən etmək üçün vacibdir.
Radioloji üsullar: Böyrəklərin quruluşunu və anormallıqları dəyərləndirmək üçün istifadə olunur. Ultrasəs (USM) böyrəklərin ölçüsünü, formasını, kista və ya şiş kimi patologiyaları müəyyən etmək üçün geniş istifadə olunur. Kompüter tomoqrafiyası (KT) və Maqnit-rezonans tomoqrafiyası (MRT) isə daha detallı görüntülər verərək daş, şiş və damar problemlərinin aşkarlanmasına kömək edir.
Böyrək biopsiyası: Dəqiq diaqnoz üçün böyrək toxumasından nümunə götürülərək mikroskop altında tədqiq olunur. Lokal anesteziya altında həyata keçirilir. Bu, böyrək xərçəngi, qlomerulonefrit, böyrək çatışmazlığı və digər böyrək xəstəliklərinin səbəblərini müəyyən etmək üçün istifadə olunur və müalicə planının hazırlanmasında əhəmiyyətli rol oynayır.
Digər testlər:
Diaqnoz qoyulduqdan sonra, nefroloq xəstənin vəziyyətinə uyğun olaraq fərdi müalicə planı hazırlayır. Bu planlara dərman müalicəsi, həyat tərzi dəyişikliyi, və bəzi hallarda tibbi prosedurlar daxil ola bilər:
Xroniki Böyrək Xəstəliyinin İdarə Olunması (XBX): tədricən böyrək funksiyalarının itməsi ilə xarakterizə olunur. Nefroloq xəstəliyin irəliləməsinin qarşısını almaq üçün müntəzəm izləmə və müalicə planlayır. Müalicə üsulu xəstələyin tipinə görə dəyişir:
Dializ: İrəliləmiş böyrək çatışmazlığı olan xəstələrdə süni filtrasiya funksiyası yerinə yetirən dializ müalicəsi tətbiq olunur. Həkim, xəstəyə ən uyğun dializ növünü seçməkdə kömək edir və ağırlaşmaları idarə edir.
Böyrək Transplantasiyası: Nefroloqlar transplantasiya komandasında iştirak edir, xəstələrin əməliyyatdan əvvəl və sonra izlənməsini təmin edir, donor-alıcı uyğunluğunu dəyərləndirirlər.
Hipertoniyanın İdarə olunması: Yüksək təzyiq böyrək zədələnməsinin əsas səbəblərindən biridir. Nefroloqlar təzyiqi nəzarətdə saxlamaqla böyrək fəsadlarının qarşısını almağa çalışır.
Elektrolit və Turşu-qələvi Balansının Tənzimlənməsi: Böyrək funksiyalarının pozulması nəticəsində bədəndə elektrolit (Na, K, Ca, Mg və s.) və pH tarazlığı pozula bilər. Nefroloqlar bu pozğunluqları müalicə edir.
Xəstə Maarifləndirməsi: Nefroloqlar xəstələri düzgün qidalanma, su qəbulu, fiziki aktivlik və dərman istifadəsi haqqında maarifləndirirlər ki, xəstəlik nəzarətdə saxlanılsın və xəstənin həyat keyfiyyəti artsın.
1. Şəkərli Diabetə Nəzarət: Diabet, böyrək çatışmazlığının ən geniş yayılmış səbəblərindən biridir. Qanda şəkərin düzgün nəzarətdə saxlanılması, böyrək çatışmazlığı riskini azaltmağa kömək edə bilər. Şəkərli diabeti olan şəxslərə, qanda şəkər səviyyəsini nəzarətdə saxlamaq üçün dərmanlar təyin oluna bilər. Bundan əlavə, müntəzəm qan şəkərinin izlənməsi, sağlam qidalanma və fiziki aktivlik də məsləhət görülür.
2. Yüksək Təzyiqə Diqqət: Hipertoniya (yüksək qan təzyiqi), böyrək çatışmazlığının inkişafına səbəb ola biləcək digər vacib amildir. Yüksək təzyiq böyrəklərdəki damarları zədələyərək, onların artıq maddələri və artıq mayeni bədəndən atma qabiliyyətini zəiflədə bilər. Bədəndə artıq maye isə təzyiqi daha da artıra bilər. Nefroloq tərəfindən qan təzyiqini aşağı salmaq üçün lazımi dərmanları təyin edə bilər. Əlavə olaraq, çəkinin azaldılması, mütəmadi fiziki hərəkət, spirtli içkilərin məhdudlaşdırılması və siqaretdən uzaq durmaq da tövsiyə olunur. Meyvə, tərəvəz, balıq, quru meyvələr, paxlalılar və zeytun yağı kimi sağlam yağlarla zəngin qidalanma qan təzyiqinin idarəsində mühüm rol oynayır. Stressin azaldılması da qan təzyiqinin aşağı salınmasına kömək edə bilər. Mütəxəssislər akupunktur, masaj və meditasiya kimi tamamlayıcı terapiyaları tövsiyə edə bilərlər.
3. Qidalanma Vərdişləri: Böyrək xəstəliyi olan şəxslər üçün uyğun bir qidalanma rejimi çox önəmlidir. Bu rejim təkcə böyrəklərin funksional vəziyyəti deyil, eyni zamanda şəkərli diabet kimi digər yanaşı xəstəliklər də nəzərə alınaraq hazırlanmalıdır. Həkiminiz, böyrəklər düzgün işləmədikdə bədəndə maye toplanmasına səbəb olan duz (natrium) qəbulunun azaldılmasını tövsiyə edə bilər. Bu vəziyyət ayaqlarda və qarında şişkinlik, həmçinin yüksək qan təzyiqi ilə nəticələnə bilər. Əgər ailənizdə böyrək xəstəlikləri, hipertoniya və ya diabet halları varsa, böyrək sağlamlığınızı qorumaq üçün ildə bir dəfə müayinə olunmağınız faydalı olar.
Sağlam böyrəklərinizi qorumaq və ya xəstə böyrəklərinizi vaxtında müalicə etmək üçün, INCI CLINIC Nefrologiya bölməsinə müraciət edə bilərsiniz.