Hematologiya bölməsi qan xəstəlikləri

Hematologiya (qan xəstəlikləri) - qanın, sümük iliyinin və limfa sisteminin xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Bu sahə: anemiya, leykemiya (leykoz), limfoma, tromboz, hemofiliya və mielom kimi xəstəlikləri əhatə edir. Yorğunluq, dəridə solğunluq, tez-tez infeksiyalar və qanaxmalar hematoloji xəstəliklərin ümumi simptomlarındandır.

Hematologiya Nədir?

Hematologiya - qanın, sümük iliyinin və limfa sisteminin xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Bu sahə: anemiya, leykemiya (leykoz), limfoma, tromboz, hemofiliya və mielom kimi xəstəlikləri əhatə edir. Yorğunluq, dəridə solğunluq, tez-tez infeksiyalar və qanaxmalar hematoloji xəstəliklərin ümumi simptomlarındandır. Diaqnoz üçün qan analizləri, sümük iliyindən biopsiya və görüntüləmə üsullarından istifadə olunur. Müalicədə isə kimyaterapiya, kök hüceyrə transplantasiyası, immunoterapiya və qan transfuziyaları tətbiq edilir. Hematologiya bölməsi xəstəyə uyğun fərdi müalicə planları ilə qan xəstəliklərinin idarəsində vacib rol oynayır. Erkən diaqnoz müalicənin uğuruna birbaşa təsir edir.

Hematologiya Nə İlə Məşğul Olur?

Hematologiya - qanın, sümük iliyinin və limfa sisteminin xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Bu sahə: anemiya, leykemiya (leykoz), limfoma, tromboz, hemofiliya və mielom kimi xəstəlikləri əhatə edir. Yorğunluq, dəridə solğunlHematologiya Bölməsi qan xəstəliklərini araşdıran tibbi sahədir və leykoz, limfoma, anemiya kimi xəstəlikləri əhatə edir. Bu xəstəliklər çox vaxt gizli inkişaf edir, erkən simptomları isə çətin aşkar edilir. Hematologiya bölməsi ətraflı qan analizləri ilə erkən diaqnoz qoyur və effektiv müalicə planları hazırlayır.

Hematologiyanın İxtisaslaşdığı Sahə İzahı Əlaqəli Xəstəliklər
Qan hüceyrələrinin patologiyaları Qırmızı qan hüceyrələri (eritrosit), ağ qan hüceyrələri (leykosit) və trombositlərlə bağlı xəstəliklərin diaqnozu və müalicəsi Anemiya, leykoz, limfoma, trombositopeniya, polisitemiya
Sümük iliyinin xəstəlikləri Qan hüceyrələrinin istehsal olunduğu sümük iliyində patologiyalar Multipl mielom, aplastik anemiya, mielodisplastik sindromlar
Laxtalanma pozğunluqları Qanın normaldan çox laxtalanması və ya laxtalanmaması Hemofiliya, Von Willebrand xəstəliyi, dərin vena trombozu (DVT)
Hematoloji xərçənglər Qan və limfa sistemindən qaynaqlanan bədxassəli xəstəliklər Leykoz, Hodgkin və Non-Hodgkin limfoma, mielom
İmmun sistem patologiyaları İmmun sistemlə əlaqəli qan hüceyrəsi xəstəlikləri Autoimmun hemolitik anemiya, immun trombositopenik purpura (ITP)
Transfuziya (qan köçürülməsi) idarəsi Qan və qan məhsullarının təhlükəsiz istifadəsi və nəzarəti Qan köçürülməsinin izlənməsi, uyğun donor seçimi, reaksiya idarəsi
Dəmir Metabolizmi patologiyaları Bədəndə dəmir çatışmazlığı və ya çoxluğu Dəmir çatışmazlığı anemiyası, hemoxromatoz
Genetik qan xəstəlikləri İrsi qan hüceyrəsi xəstəliklərinin izlənməsi Oraq hüceyrə anemiyası, talassemiya

Leykoz (Qan Xərçəngi)

Leykoz sümük iliyində ağ qan hüceyrələrinin nəzarətsiz artması ilə xarakterizə olunan qan xərçəngidir. Bu, immun sistemin zəifləməsinə və bədənin infeksiyalara qarşı müdafiəsinin azalmasına səbəb olur. Leykozun simptomları arasında xroniki yorğunluq, solğun dəri, tez-tez infeksiyaya yoluxma, dəridə qanaxmalar, limfa düyünlərinin şişməsi və çəki itkisi yer alır.Genetik faktorlar, radiasiya, kimyəvi maddələr və viral infeksiyalar leykoz riskini artıran əsas amillərdir. Müalicədə kimyaterapiya, hədəfli terapiyalar, radiasiya və sümük iliyinin transplantasiyası istifadə olunur. Erkən diaqnoz müalicənin uğurlu aparılmasında vacibdir.

Limfoma (Limfa Düyünü Xərçəngi)

Limfoma limfa sisteminin xərçəngidir və çox vaxt boyun, qoltuqaltı və ya bud nahiyəsində şişliklə başlayır. Simptomlar arasında hərarət, gecə tərləmələri, halsızlıq, iştah və çəki itkisi var. Diaqnoz biopsiya, qan testləri və görüntüləmə üsulları ilə qoyulur. Erkən diaqnozla müalicə kimyaterapiya, radiasiya və immunoterapiyalarla aparılır. Müalicə xəstəliyin növü və mərhələsinə görə planlaşdırılır.

Mielodisplastik Sindromlar (MDS)

MDS, sümük iliyində anormal qan hüceyrələrinin sintezi ilə xarakterizə olunan xəstəliklər qrupudur və əsasən yaşlılarda rast gəlinir. Sağlam qan hüceyrələrinin azlığı səbəbindən bədən ehtiyaclarını ödəyə bilmir. Simptomlar yorğunluq, halsızlıq, infeksiyalar və qanaxma kimi halları əhatə edir. MDS qırmızı, ağ qan hüceyrələri və trombosit istehsalında problemlər yaradır, immun sistemi zəiflədir. Diaqnoz qan testləri və sümük iliyindən biopsiya ilə təsdiqlənir, müalicə isə xəstəliyin şiddətinə əsasən təyin edilir.

Mieloproliferativ Xəstəliklər

Bu xəstəliklər sümük iliyində qan hüceyrələrinin anormal sintezindən yaranır və qan hüceyrələrinin sayının artması ilə orqanizmin normal funksiyasını pozur. Simptomlar xəstəliyin növündən asılı olaraq dəyişir, lakin ümumiyyətlə yorğunluq, halsızlıq və qanama problemləri olur.

Ən çox rast gəlinən növlər:

  • Polisitemiya Vera: Qırmızı qan hüceyrələrinin anormal artımı
  • Essensial Trombositemiya: Trombositlərin həddindən artıq sintezi
  • Trombositopeniya: Trombosit sayının azalması
  • Birincili Mielofibroz: Sümük iliyində fibroz toxuma yaranması
  • Xroniki Mieloid Leykoz: Ağ qan hüceyrələrinin anormal çoxalması
  • Reaktiv Mieloproliferativ Xəstəliklər: Başqa xəstəliklərə bağlı inkişaf edən vəziyyətlər

Multipl Miyelom

Multipl mielom sümük iliyində plazma hüceyrələrinin anormal çoxalması ilə xarakterizə olunan xərçəng növüdür. Əsas simptomlar sümük ağrıları, yorğunluq, anemiya, sümük qırıqları və böyrək problemləridir. Xəstəliyin dəqiq səbəbi məlum deyil, lakin yaş, genetik faktorlar və ətraf mühit təsirləri risk faktoru sayılır. Diaqnoz qan testləri, sümük iliyindən biopsiya və tibbi görüntüləmə ilə qoyulur. Müalicə kimyaterapiya, sümük iliyinin transplantasiyası və immunoterapiyalardan ibarətdir.

Qanaxma Patologiyaları (Hemofiliya)

Qanaxma patologiyaları qan laxtalanma prosesindəki çatışmazlıqlar səbəbindən yaranır. Simptomlara asan göyərmə, uzun müddətli qanaxmalar və oynaqlarda qan toplanmaları daxildir. Hemofiliya genetik keçən, laxtalanma faktorlarının çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir və əsasən kişilərdə rast gəlinir. Müalicə çatışmayan faktorların əvəz olunması ilə aparılır və fərdi yanaşma tələb edir. Hemofiliyalı xəstələrində zədələnmələrdən qaçınma və müntəzəm tibbi nəzarət vacibdir.

Laxtalanma Patologiyaları (Tromboz)

Tromboz qanın damar daxilində anormal laxtalanması nəticəsində damarların tutulmasıdır və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu klinik tablo: dərin vena trombozu, ağciyər emboliyası, insult və infarkt kimi vəziyyətlərə yol açır. Genetik faktorlar, artıq çəki, hərəkətsizlik və siqaret tromboza səbəb ola bilər. Simptomlar laxtanın yerləşdiyi nahiyəyə görə fərqlənir (məsələn, ayaqda ağrı və şişlik, döş ağrısı və s.).

Anemiya (Qan Azlığı)

Anemiya qanda kifayət qədər qırmızı qan hüceyrələrinin olmaması və nəticədə oksigen daşıma qabiliyyətinin azalmasıdır. Dəmir, B12 vitamini, fol turşusu çatışmazlığı və xroniki xəstəliklər anemiyaya səbəb ola bilər. Simptomlara yorğunluq, solğun dəri, nəfəs darlığı və başgicəllənmə daxildir. Müalicə dəmir, B12, fol turşusu əlavələri və qan transfuziyaları ilə aparılır. Sağlam qidalanma və müntəzəm müayinə anemiya riskini azaldır.

Hematoloji Xəstəliklərin Simptomları Hansılardır?

Hematoloji xəstəliklər qana aid patologiyaları əhatə edir və bir çox fərqli əlamətlərlə özünü göstərə bilər. Bu xəstəliklərin erkən diaqnozu müalicə prosesində mühüm rol oynayır. Ümumi əlamətlər aşağıdakılardır:

Yorğunluq və halsızlıq: Uzunmüddətli və izah olunmayan yorğunluq, anemiya və ya qan hüceyrələrinin azalmasına işarə edə bilər.

Solğun dəri: Qan hüceyrələrinin azalması dəri rənginin solğun görünməsinə səbəb ola bilər.

Qızdırma və üşütmə: İmmunitetin zəifləməsi səbəbindən infeksiyalar qarşısında bədəndə qızdırma və titrəmə ola bilər.

Nəfəs darlığı: Fiziki fəaliyyət zamanı nəfəs çatışmazlığı, qanda oksigen səviyyəsinin aşağı olduğunu göstərir.

Təz-tez göyərmə və qanama: Asanlıqla göyərmə, burun və diş əti qanamaları qanın laxtalanmasında pozğunluğa işarə edə bilər.

Ağrılar və iltihablar: Sümük iliyi xəstəliklərində sümük və oynaqlarda ağrılar ola bilər. Həmçinin limfa düyünlərində şişkinlik mümkündür.

İnfeksiyaların tez-tez təkrarlaması: Qan hüceyrələrinin funksional çatışmazlığı immunitetin zəifləməsinə və daha tez-tez xəstələnməyə səbəb ola bilər.

İştahsızlıq və çəki itkisi: Hematoloji xəstəliklər bəzən iştahsızlığa və sürətli çəki itkisinə səbəb ola bilər.

Halsızlıq və Yorğunluq: Bu simptomlar gündəlik həyatı çətinləşdirir və qan hüceyrələrinin sayının azalması nəticəsində oksigen daşıma qabiliyyətinin zəifləməsi ilə əlaqəlidir. Yorğunluq istirahətlə keçməyə bilər və fəaliyyətləri məhdudlaşdıra bilər.

Solğunluq və Nəfəs Darlığı: Oksigen daşımanın zəifləməsi bu əlamətlərə səbəb olur. Erkən diaqnoz vacibdir.

Tez-tez infeksiyaya yoluxma: Ağ qan hüceyrələrinin azalması immun sistemin zəifləməsinə gətirib çıxarır.

Göyərmə və Qanamalar: Ən tipik simptomlardan biridir. Xırda travmalar belə göyərməyə və ya çox qanaxmaya səbəb ola bilər.

Limfa düyünlərinin böyüməsi: Əgər limfa düyünləri uzun müddət şişmiş qalırsa və ya sürətlə böyüyürsə, bu ciddi xəstəliyin əlaməti ola bilər (məsələn, limfoma).

Çəki itkisi və iştahsızlıq: Hematoloji xərçəng növləri maddələr mübadiləsini pozaraq sürətli çəki itkisinə və iştahın azalmasına səbəb ola bilər.

Hematoloji Xəstəliklərin Diaqnoz Üsulları Nələrdir?

Qan analizləri (Hemoqram): Qırmızı və ağ qan hüceyrələri, trombositlər və hemoqlobin səviyyəsini ölçür.

Sümük iliyi biopsiyası: Qan xərçəngi və mielom kimi xəstəliklərin diaqnozunda istifadə olunur.

Limfa düyünü biopsiyası: Şişmiş limfa düyünlərinin hüceyrə quruluşunu təhlil etmək üçün.

Genetik və molekulyar testlər: Xüsusilə qan xərçəngi və limfomalar üçün genetik mutasiyaları müəyyən edir.

Radiologiya üsulları: Ultrasəs, MR, PET-CT: Limfa düyünləri, dalaq və digər orqanlarda dəyişikliklərin müəyyən olunmasında istifadə olunur.

Hematoloji Xəstəliklər Zamanı Tətbiq Edilən Müalicə Üsulları

Kimyaterapiya: Xərçəng hüceyrələrini məhv etmək üçün istifadə olunur. Müalicə fərdi olaraq planlaşdırılır.

Sümük iliyi (kök hüceyrə) köçürülməsi: Xüsusilə qan xərçəngi kimi ağır xəstəliklərin müalicəsində həyati əhəmiyyətə malikdir.

Qanköçürmə və dəstək müalicələr: Qan itkilərini bərpa etmək və bədəni gücləndirmək məqsədilə.

İmmunoterapiya və hədəf yönlü terapiyalar: İmmun sistemi gücləndirərək və ya xərçəng hüceyrələrini spesifik hədəf alaraq daha az yan təsirlə təsirli müalicə təmin edir.

Hematologiya Bölməsinə Nə Zaman Müraciət Etmək Lazımdır?

  • Bədəndə izah olunmayan göyərmələr və qanamalar
  • Limfa düyünlərinin uzun müddət şişməsi
  • Uzunmüddətli yorğunluq və halsızlıq
  • Müalicəyə cavab verməyən anemiya
  • Qan testlərində anormal göstəricilər

Hematologiya Bölməsinə Getməzdən Əvvəl Nələrə Diqqət Etmək Lazımdır?

İlk müayinə zamanı veriləcək suallar: Tibbi tarixçəniz, şikayətləriniz və ailəvi qan xəstəlikləri haqqında məlumat verilməlidir.

Hazırlıq: Acqarına getmək və əvvəlki tibb sənədlərini, analizləri özünüzlə aparmaq faydalıdır.

Götürüləcək sənədlər: Şəxsiyyət vəsiqəsi, əğər istifadə etdiyiniz dərmanlar varsa dəqiq siyahısını və siğorta məlumatlarınız.

Müalicə Sonrası İzləmə və Nəzarət

Müalicə zamanı və sonrası xəstənin vəziyyətinin yaxından izlənməsi, fəsadların qarşısının alınması və erkən müdaxilə üçün vacibdir.

Tez-tez Verilən Suallar

Hematologiya nədir?

Hematologiya qan və qan xəstəlikləri ilə məşğul olan tibbi ixtisas sahəsidir. Bu tibbi sahə: qan hüceyrələrinin yaranması, quruluşu, funksiyaları və onkoloji xəstəlikləri ilə əlaqədar problemləri əhatə edir.

Hematologiya hansı xəstəliklərə baxır?

Hematologiya leykoz (qan xərçəngi), limfoma, anemiya, qanaxma pozğunluqları və sümük iliyi xəstəliklərinin müalicəsi ilə məşğuldur. Eyni zamanda qan laxtalanma pozğunluqları və qırmızı qan hüceyrələrinin xəstəliklərini də araşdırır.

Hematoloq nə iş görür?

Hematoloq qanla bağlı xəstəliklərin diaqnostika və müalicəsini aparır. Həmçinin qan analizləri və biopsiyalar vasitəsilə xəstəliklərin gedişatını izləyir.

Leykozun əlamətləri nələrdir?

Leykoz əlamətləri arasında halsızlıq, dərinin solğunluğu, anemiya, tez-tez infeksiyalara yoluxma və qanaxmalar ola bilər. Bundan başqa, sümük və oynaq ağrıları da müşahidə oluna bilər.

Limfomanın əlamətləri nələrdir?

Limfomanın əlamətləri boyun, qoltuq altı və qasıq nahiyəsində şişliklər, hərarət, gecə tərləmələri və ani çəki itkisi ola bilər. Eyni zamanda yorğunluq və qaşınma da müşahidə edilə bilər.

Sümük iliyi biopsiyası ağrılıdırmı?

Sümük iliyi biopsiyası zamanı nahiyə lokal anesteziya ilə keyidilir, lakin prosedurdan sonra yüngül ağrı və ya sızlama hiss oluna bilər. Bu ağrı adətən bir neçə saat ərzində keçir.

Kimyaterapiyanın əlavə təsirləri nələrdir?

Kimyaterapiya saç tökülməsi, ürəkbulanma, halsızlıq və immun sistemin zəifləməsi kimi yan təsirlərə səbəb ola bilər. Uzunmüddətli müalicələrdə bəzi orqanlarda zədələnmələr də yarana bilər.

Anemiyanın müalicəsi necə aparılır?

Anemiya müalicəsi vitamin və ya mineral əlavələri, dəmir preparatları və ya qan köçürülməsi ilə aparıla bilər. Müalicə anemiyanın səbəbindən asılı olaraq dəyişir.

Qanaxma necə müəyyən edilir?

Qanaxma bədəndə səbəbsiz göyərmələr, burun qanaxmaları kimi əlamətlərlə özünü göstərə bilər. Eyni zamanda yaraların gec sağalması da bu qanaxmaya işarə ola bilər.

Həkimlər

Əlaqə

Əlaqə