İnsanların sağlam yaşamaq, xəstəliklərin qarşısını almaq və mövcud sağlamlıq problemlərini düzgün qidalanma ilə idarə etmək üçün xidmət göstərən ixtisaslaşmış sahədir. Burada hər bir insanın yaşı, cinsi, həyat tərzi və sağlamlıq vəziyyəti nəzərə alınaraq fərdi qidalanma proqramları hazırlanır. Bu proqramlar vasitəsilə şəkərli diabet, artıq çəki (piylənmə), ürək-damar xəstəlikləri və həzm sistemi problemləri kimi qidalanma ilə sıx bağlı olan xəstəliklərin qarşısı alınır və müalicəsi dəstəklənir. Həmçinin hamiləlik, südvermə və yaşlılıq dövrü kimi xüsusi hallarda da şəxsin ehtiyaclarına uyğun tövsiyələr verilir.
Bölmədə bədən kütlə indeksi (BKİ), qan analizləri və maddələr mübadiləsi sürəti kimi göstəricilər qiymətləndirilərək, hər kəs üçün fərdi və elmi əsaslı qidalanma planları hazırlanır. Məqsəd-sağlamlığı qorumaq, xəstəliklərin qarşısını almaq və həyat keyfiyyətini artırmaqdır.
Diyetologiya (pəhriz və qidalanma) bölməsi, fərdin yaşına, cinsiyyətinə, sağlamlıq vəziyyətinə və həyat tərzinə uyğun olaraq elmi əsaslı qidalanma planlarının hazırlanması və tətbiqi ilə məşğul olan tibbi bir sahədir. Bu bölmə sağlam qidalanma vərdişlərinin formalaşdırılması, bədən çəkisinin idarə olunması, xroniki xəstəliklərin qarşısının alınması və müalicəsinə qidalanma dəstəyi verilməsini hədəfləyir.
Qidalanma - orqanizmin yaşaması və funksiyalarını davam etdirməsi üçün zəruri olan karbohidrat, protein, yağ, vitamin və mineral maddələrin balanslı şəkildə qəbul edilməsidir.
Pəhriz isə fərdin sağlamlıq vəziyyətinə (xəstəlik, yaş, hamiləlik, fiziki aktivlik və s.) uyğun olaraq xüsusi qaydada tərtib edilmiş qidalanma rejimidir.
Bu bölmə geniş spektrli sağlamlıq vəziyyətlərinə uyğun qidalanma proqramları hazırlayır. Aşağıdakı hallarda fərdi yanaşma ilə müalicəyə dəstək göstərilir:
Qidalanma terapiyasına başlamazdan öncə fərdin metabolik, fiziki və biokimyəvi göstəriciləri dəyərləndirilir. Əsas istifadə olunan testlər:
Diyetologiya şöbəsində aşağıdakı tibbi və profilaktik müdaxilələr həyata keçirilir:
Fərdin səhv qidalanma vərdişlərini dəyişmək və sağlam qidalanma davranışlarını uzunmüddətli davam etdirə bilməsi üçün davranış dəyişikliyi terapiyası tətbiq olunur. Bu proses zamanı şəxsin motivasiyası artırılır, düzgün qidalanma alışqanlıqları isə davamlı hala gətirilir. Eyni zamanda emosional yemək (stres, kədər, əsəb kimi hallar nəticəsində həddindən artıq yemək) və həddindən artıq qida qəbulu kimi problemlərə qarşı psixoloji dəstək də göstərilə bilər.
Fərdin qidalanma vəziyyəti və sağlamlıq ehtiyacları nəzərə alınaraq, orqanizmdə çatışmayan vitamin, mineral və digər qida maddələri müəyyən edilir və uyğun qida əlavələri tövsiyə olunur. Bu mərhələdə həkim və diyetoloq birgə işləyərək, lazımsız və təhlükəli əlavələrin qarşısının alınması təmin edilir.
Fərdin pəhriz prosesinə davamlı nəzarət edilir, lazım gəldikdə qidalanma planında dəyişikliklər aparılır. Bunun üçün müntəzəm tibbi yoxlamalar, həmçinin diyetə nəzarət sistemləri və mobil tətbiqlər istifadə olunaraq fərdin motivasiyası artırılır və arzulanmış nəticələrə çatması dəstəklənir.